Londonun şimalında yəhudi icmasının nümayəndələrinə qarşı hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb.
Bu barədə “Scotland Yard”ın yaydığı məlumatda deyilir.
Məlumata görə, hadisə mayın 9-na keçən gecə Enfild rayonunun Sautberi-Roud küçəsində qeydə alınıb.
Şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb. Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb. Onların əlavə tibbi yardıma ehtiyac olmadığı bildirilib.
Polis saxlanılan şəxsin Londonun Hornçerç bölgəsində yaşayan 34 yaşlı Dilan Ossey olduğunu açıqlayıb. Ona qarşı irqi və dini nifrət zəminində hücum, təhdid və təhqiramiz davranış, zorakılığa təhrik və təqib daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.