Belarus Prezidenti Aleksandr Lukaşenko Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında Ermənistanın Baş naziri Nikol Paşinyana Yeni il təbriklərinə görə təşəkkür edib.
Axar.az xəbər verir ki, Lukaşenko iclasda "Təbrikləriniz və konstruktiv çıxışınız üçün təşəkkür edirəm, Nikol Vovayeviç", - deyə bildirib.
Xatırladaq ki, iclasdakı çıxışının sonunda Nikol Paşinyan iştirakçıları qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.