Lukaşenkodan xalqa müraciət: Əbədi prezident ola bilmərəm!

Əbədi olaraq prezident ola bilmərəm.

Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuat açıqlamasında deyib.

“Bunu deyəndə tez-tez tənqid olunsam da, əbədi qalmayacağam. Bəli, biz bir sistem yaratmışıq, çox şey prezidentdən asılıdır və məni dəstəklədiyiniz üçün təşəkkür edirəm”, - deyə Lukaşenko 7-ci ÜmumBelarus Xalq Assambleyasında Belarus xalqına və parlamentinə müraciətində bildirib.

“Amma mən vəzifədən gedən prezidentəm. Mən əbədi olaraq prezident ola bilmərəm və buna ehtiyac da yoxdur”, - deyə o vurğulayıb.