Lyuk Frensis Kerol: “Fransa uzun illər Martinikada məscid tikintisinə mane olub”
Lyuk Frensis Kerol: “Fransa uzun illər Martinikada məscid tikintisinə mane olub”
Yusif Nəzərli
11:38 19.10.2023
Dünya
283
“Fransanın mərkəzi hakimiyyət orqanları uzun illər ərzində Martinikada məscid tikintisinə mane olub”.
“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.
“Müsəlman əhali üçün Martinikada məscid tikilməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, Fransa hakimiyyəti süni maneələr yaratmışdı. Son nəticədə məscidin tikintisi 25 il çəkib. Bu, onların ikiüzlülüyünü bir daha sübut edib. Sözdə bir şey deyirlər, əməlləri isə bunun əksini göstərir”, - o bildirib.
Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.
Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcək.
Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş nazir: Rusiya Ermənistana qazı ucuz satmır
13:06 11.09.2026
Region
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya