Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb

Macarıstanda parlament seçkiləri üzrə səsvermə məntəqələri bağlanıb.

APA xəbər verir ki, bu barədə ölkənin Milli Seçki Bürosu (NVI) məlumat yayıb.

Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlanıb, lakin növbədə olan seçicilərə səsvermə imkanı verilib.

Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.

İlkin məlumata görə, seçici fəallığı 77,8% təşkil edib ki, bu da rekord göstəricidir.