Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Floresin vəkilləri onun səhhətində yaranan problemlərlə əlaqədar həbsdən azad edilərək ev dustaqlığına keçirilməsini istəyiblər.
Sherg.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
Məlumata görə, Maduro və həyat yoldaşı Siliya Flores yanvar ayından Nyu-Yorkda həbsdədirlər. Onlar ABŞ-a kokain göndərmək məqsədilə sui-qəsddə ittiham olunurlar. Təqsirləri sübuta yetirilərsə, ömürlük həbs cəzası ilə üzləşə bilərlər.
Floresin vəkilləri onun ürək problemləri olduğunu və həbsxanadan kənarda müalicəyə ehtiyac duyduğunu bildiriblər. Onlar 69 yaşlı qadının Nyu-Yorkdakı iqamətgahında gecə-gündüz mühafizə altında ev dustaqlığında saxlanılmasını təklif ediblər.
Vəkillər həmçinin Maduro və Floresə qarşı işin dayandırılmasını tələb edərək, onların xarici dövlətin lideri və birinci xanımı kimi immunitetə malik olduğunu bildiriblər.