Fransa Prezidenti Emmanuel Makron Britaniya Kralı III Çarlz ABŞ prezidenti Donald Trampın Avropaya dair sözlərinə cavab olaraq səsləndirdiyi zarafatı dəyərləndirib.
Sherg.az xəbər verir ki, kral Trampın “Amerikanın köməyi olmasaydı, Avropada alman və bir az da yapon dilində danışılardı” sözlərinə ironik cavab verib və belə deyib: “Cəsarətlə deyə bilərəm ki, biz olmasaydıq, siz fransızca danışardınız.”
Makron bu zarafata sosial şəbəkədə “Bu çox gözəl olardı” sözləri ilə reaksiya verib.
Məlumata görə, Fransa Prezidenti Emmanuel Makron 5 mayda Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüyə səfər edəcək.