“Müharibəni bitirəcək razılaşmanın əldə olunması Ukraynadan çətin seçimlər tələb edəcək”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasında çıxışı zamanı NATO baş katibi Mark Rutte deyib.
“Ukrayna anlamalıdır ki, verdiyiniz hər bir qurban, itirilən hər bir həyat, yaşadığınız hər bir ağır an tezliklə təkrarlanmayacaq. Sülh uzunmüddətli olacaq. İmzalanacaq sənədlər böyük ölkələr tərəfindən icra ediləcək. Siz ikinci Budapeşt Memorandumunu və ya daha bir Minsk prosesi istəmirsiniz”, - o vurğulayıb.