ABŞ Dövlət katibi Marko Rubio 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olmaq planının hazırda olmadığını bildirib.
Sherg.az xəbər verir ki, Rubio gələcəyin nə gətirəcəyini bilmədiyini, lakin hazırda heç bir vəzifəyə namizəd olmağı düşünmədiyini və mövcud fəaliyyətinə tam diqqət ayırdığını deyib.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın 2028-ci il seçkilərində vitse-prezident Cey Di Vensin namizədliyini dəstəklədiyi iddia olunur. Bununla yanaşı, Trampın Rubio ilə Vens arasında hələ yekun seçim etmədiyi də bildirilir.