ABŞ dövlət katibi Marko Rubionun İran nümayəndə heyətindən Nyu-Yorku dərhal tərk etməyi tələb etdiyi iddia olunub.
Sherg.az xəbər verir ki, bu barədə "Axios" ABŞ rəsmisinə və məsələ ilə tanış digər mənbəyə istinadən məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəliyi isə iddianı təkzib edib. Bildirilib ki, İran nümayəndə heyəti Nyu-Yorku əvvəlcədən müəyyənləşdirilmiş qrafikə uyğun olaraq tərk edib və bu barədə ABŞ Dövlət Departamentinə sentyabrın 17-də məlumat verilib.
"Axios"-un məlumatına görə, Nyu-Yorku tərk edən nümayəndə heyətinin üzvləri arasında İranın xarici işlər naziri Abbas Araqçi də olub.
İran tərəfi ABŞ Dövlət Departamentini “əsassız xəbərlər yaymaqda” ittiham edib.
Qeyd edək ki, İran nümayəndə heyəti daha sonra Dohaya yola düşüb.