Məhkəmə Trampın üç media qurumuna Ağ Ev qadağasını ləğv edib

ABŞ-də federal məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinə qoyulan qadağanın dayandırılmasına qərar verib.

Sherg.az xəbər verir ki, hakim Timoti Kelli qərarında Ağ Evin sözügedən media qurumlarına tətbiq etdiyi məhdudiyyətin böyük ehtimalla Konstitusiyaya zidd olduğunu bildirib.

Qərara əsasən, Tramp administrasiyası həmin jurnalistlərin Ağ Evə girişini bərpa etməlidir. Məhkəmənin qərarı qadağanın tətbiqini 14 gün müddətinə də dayandırır.

Qeyd edək ki, Donald Tramp sentyabrın 18-də CNN, MS NOW və Politico-nu Ağ Evdən uzaqlaşdırıb. Media qurumları isə bunun Konstitusiyanın mətbuat azadlığını qoruyan Birinci Düzəlişini pozduğunu bildirərək məhkəməyə müraciət etmişdilər.