Meloninin Ukrayna planı açıqlandı
09:41 20.08.2025
Dünya
421
“Ukraynaya NATO Nizamnaməsinin kollektiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanəti vermək ora Avropa hərbi kontingentinin göndərilməsindən daha effektiv həll yolu olacaq”.
Teleqraf xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto bildirib.
Müdafiə naziri deyib ki, hazırda zəmanətlərin verilməsi üçün iki variant var və son nəticədə ən yaxşısı seçiləcək.
“İtaliya Baş naziri Corciya Meloninin ideyası ondan ibarətdir ki, NATO müdafiə alyansı kimi təhlükəsizliyin təmin edilməsində iştirak edə bilər və bu, Ukrayna NATO üzvü olmasa da, onun müdafiəsinə zəmanət verəcək. Alternativ seçim ayrı-ayrı ölkələrin zəmanətləridir. Ən yaxşı mexanizm seçiləcək. Amma çəkindirici amil kimi NATO daha təsirlidir”, - Krozetto vurğulayıb.
İtaliya müdafiə naziri xatırladıb ki, 5-ci maddə yalnız hücum zamanı qüvvəyə minən hava, quru və dəniz müdafiəsini nəzərdə tutur. Onun sözlərinə görə, Rusiya bu variantı qəbul etsə, Avropa kontingentinin Ukraynada yerləşdirilməsindən yayınacaq.
İtaliya indiyədək Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniya Baş naziri Kir Starmer tərəfindən irəli sürülən təklifin əksinə olaraq, öz qoşunlarını Ukraynaya göndərməkdən imtina edib. Krozetto istisna etməyib ki, bu mövqe Moskva da daxil olmaqla, razılaşmaların şərtlərinə əsasən dəyişikliklərə məruz qala bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol