Mərkəzi Asiya ölkələrində diplomatik dirçəliş! – “PostPutin dövrünə hazırlıq...”
Yusif Nəzərli
10:54 02.03.2023
Dünya
716
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov martın 2-də Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Ardından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Xatırladaq ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdə martın 1-də ölkəmizə səfəri baş tutub.
Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasındakı münasibətlərin son illərdə sıxlaşmağa davam etdiyini deyən siyasi şərhçi Rusif Məmmədsoy “Sherg.az’ a bildirib ki, rəsmi Bakı həm də Türk Dövlətləri Birliyində təmsil olunuruq:
“Bu gün Mərkəzi Asiya ölkələrinə maraqlar da xeyli artıb. Xüsusilə bu prosesləri həm də iqtisadi müstəvidə dəyərləndirmək lazımdır. Mərkəzi Asiya ölkələri bölgədə iqtisadi inkişafa dair mütəmadi görüşlər keçirir, xarici qonaqlar qəbul edirlər. Bütün bunlar həm də postPutin dövrünə hazırlıq kimi düşünülə bilər. Məsələn, bu günlərdə ABŞ dövlət katibi Entoni Blinkenin Mərkəzi Asiyaya səfəri var. Səfər zamanı “C5+1” formatı çərçivəsində bölgə ölkələrinin Xarici İşlər Nazirləri ilə görüş keçiriləcək. Hesab edirəm ki, bu görüşlərin ana xəttində məhz Rusiyanın enerji təhdidi dayanır. Nəzərə alsaq ki, Rusiya rəhbərliyi qərbi enerji ilə hədələyir, bu zaman ortaya alternativ enerji mənbələri çıxır. Həmin mənbələr də məhz Qazaxıstan, Türkmənistan və digər Orta Asiya ölkələridir”.
Analitik qeyd edib ki, ABŞ həm də Rusiyaya tətbiq edilən sanksiyalar zamanı həmin ölkələrin Rusiyaya mümkün yardımının da qarşısını almağa çalışır:
“Ancaq ABŞ həm də onu nəzərə almalıdır ki, ötən il Qazaxıstanda və digər yerlərdə müəmmalı şəkildə yanan neft emalı zavodu və.s var idi. Ona görə də ABŞ həm də onlara zəmanət verməlidir. Özbəkistan neft-qaz sahəsində SOCAR-la böyük layihə hazırlayır. Bunu özbək rəhbər Şavkat Mirziyoyev prezident Əliyevlə görüşü zamanı bildirib. Bu isə o deməkdir ki, perspektivdə daha böyük layihələrdə iştirak etmək üçün zəmin hazırlanır. Bu çox vacibdir. Nəzərə alsaq ki, Orta Asiya ölkələrinə təhdid sadəcə Rusiyadan deyil, ona görə də Türk Dövlətləri Birliyi xüsusilə iqtisadi müstəvidə daha çox birgə işləməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət