Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampın İran ətrafındakı münaqişənin NATO-nun müharibəsi olmadığını anladığını bildirib.
"Report"un məlumatına görə, o, bu açıqlamanı FAZ qəzetinin təşkil etdiyi müzakirədə verib.
"Düşünürəm ki, o, bunun NATO-nun müharibəsi olmadığını başa düşüb", - Merts deyib.
O, həmçinin Vaşinqtonun hərəkətlərinin gərginliyin azaldılmasına yönəlmədiyini vurğulayıb.
"Trampın hazırda etdiyi şey açıq nəticə ilə ciddi eskalasiyadır", - Kansler bildirib.
Merts həmçinin Trampla danışığının mübahisəli olmadığını bildirib.
"Əgər bizdən kömək istəsəniz, qəzetlərdən öyrənmək əvəzinə, əvvəlcədən bizdən soruşun", - o əlavə edib.
Kanslerin sözlərinə görə, Tramp dəfələrlə NATO-ya ehtiyacı olmadığını vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.