Merz: Almaniya Ukraynaya yardım üçün 76 milyard avro xərcləyib

Almaniya kansleri Fridrix Merz bildirib ki, 2022-ci ilin fevralından bu yana Almaniya Ukraynaya 40 milyard avro həcmində hərbi, əlavə olaraq isə 36 milyard avro mülki yardım göstərib.

APA xəbər verir ki, O, bu barədə Berlində keçirilən Almaniya–Ukrayna iqtisadi forumunda çıxışı zamanı danışıb.

Kanslerin sözlərinə görə, Almaniya 2026-cı ildə də Ukraynaya hərbi dəstək üçün əlavə olaraq 11 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Merz forumda çıxışı zamanı, həmçinin Ukraynanın enerji təminatının gücləndirilməsi məqsədilə 170 milyon avronun ayrıldığını da açıqlayıb.