Minsk razılaşmasına qayıtmaq lazımdır
02:38 14.04.2021
Dünya
593
Bu halda Qara dəniz hövzəsində gərginliyi nisbətən azaltmaq mümkündür
"Ukrayna ilə Rusiya arasında olan gərginlik hazırkı durumda Qara dəniz hövzəsində Amerika Birləşmiş Ştatlarının, eləcə də NATO-nun hərbi iştirakçılığını da gündəmə gətirir"
Brüsseldə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba və NATO Baş katibi Yens Stoltenberq arasında görüş keçirilib. Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Y.Stoltenberq Rusiyanın Ukrayna ilə sərhədə son günlərdə minlərlə müharibəyə hazır hərbçisini göndərdiyini, vəziyyəti narahatlıqla izlədiklərini vurğulayıb.
O bildirib ki, son günlərdə Ukraynanın şərqində toqquşmalarda bir çox Ukrayna əsgəri həyatını itirib: “Rusiyanın Ukrayna ilə sərhədə hərbçilərini cəmləşdirməsi qanunsuzdur və dərin narahatlıq yaradır. Rusiya Ukrayna ətrafında hərbçilərini cəmləşdirməyə dərhal son qoymalı, təxribatları bitirməli və gərginliyi azaltmalıdır”. Baş katib Rusiyaya beynəlxalq öhdəliklərinə əməl etməklə bağlı da çağırış edib: “NATO-nun Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi sarsılmazdır. Rusiyanın Krımı qeyri-qanuni ilhaqını qəbul etməyəcəyik. NATO Ukraynanın yanında olmağa davam etməkdədir”.
Mövzu ilə bağlı "Şərq"ə danışan politoloq İlyas Hüseynov bildirib ki, artıq NATO-nun yüksək vəzifəli şəxsləri də Ukrayna-Rusiya sərhədində baş verən gərginlikdən narahatdır. Politoloq vurğulayıb ki, hazırda diplomatik siyasi müstəvidə də Rusiya ilə Ukrayna arasında görüşlər keçirilməməsi, eyni zamanda sərhəddə güclü texnikanın, artilleriyanın, tankların və canlı qüvvənin toplanması tərəflər arasında müharibə ehtimallarını daha da artırır:
"Digər tərəfdən Ukraynanın prezidenti Vladimir Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə mühüm tezislər səsləndi. Və Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər də müzakirə olundu və Türkiyənin pilotsuz uçuş aparatlarının alınması ilə bağlı bir sıra danışıqların getdiyi vurğulandı.
Son dövrlər biz müşahidə edirik ki, Amerika Birləşmiş Ştatları rəsmiləri həm müdafiə naziri, həm xarici işlər naziri, eləcə də Prezident Co Bayden öz ukraynalı həmkarları ilə mütəmadi olaraq telefon danışıqları aparırlar. Ukrayna və Rusiya arasında olan gərginlikdən narahatlıqlarını bildirirlər. Bu, sadəcə olaraq danışıqlar və təmaslar deyil, daha çox siyasi, eləcə də iqtisadi və hərbi müstəvidə müharibə olacağı təqdirdə Amerika Birləşmiş Ştatlarının Ukraynaya dəstəyini özündə ehtiva edir".
İ.Hüseynov qeyd edib ki, Qərbin dəstəyinə güvənərək müəyyən addımlar atmağı düşünən Ukrayna tərəfi bütün bölgədə olan geosiyasi aspektləri ilk növbədə nəzərə almalıdır:
"Ümumən Rusiyanın da bu məsələdə geri çəkilməyəcəyi açıq-aydın şəkildə görünür. Ərazilərində separatizm meyilləri olan Ukraynanın da ərazi bütövlüyünün bərpa olunması ilə bağlı müxtəlif tədbirlər həyata keçirildiyi görülməkdədir.
Və Ukrayna belə görünür ki, heç bir zaman ərazisində separatizm meyillərinin baş qaldırılmasına, ərazilərinin işğal olunmasına, ərazi bütövlüyünün və suverenliyinin pozulmasına razı olamayacaq. Bu status-kvonu qəbul etməyəcək.
Ona görə də Ukrayna ilə Rusiya arasında olan gərginlik hazırkı durumda Qara dəniz hövzəsində Amerika Birləşmiş Ştatlarının, eləcə də NATO-nun hərbi iştirakçılığını da gündəmə gətirir.
Və Montrö sazişinə görə, NATO-nun gəmiləri Qara dənizdə müəyyən müddət kəsimində qala bilərlər. Qara dənizdə olan sülhə və təhlükəsizliyə təhdid məsələləri də digər prioritet olan bir məsələdir.
Buna görə də bölgədəki sülhü və təhlüksizliyi bərpa etmək, eskalasiya ehtimallarını aşağı salmaq və Qara dəniz hövzəsində olan gərginliyi nisbətən azaltmaq üçün Minsk razılaşmalarına qayıtmaq lazımdır. Onlara riayət etmək və bu sahədə olan aktivliyi yaratmaq lazımdır.
Bu sərt ritorikanın aşağı salınması, düşmənçilik meyillərinin alovlanmasının qarşısının alınması diplomatik siyasi dialoqdan keçir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol