Britaniyanın 66 yaşlı sakini Kolin Hocgkinson 2025-ci ildən boğaz və udma problemlərindən əziyyət çəkib. Həkimlər səbəbi müəyyən edə bilməyib və ona dəfələrlə antibiotik yazıblar.
Sherg.az xəbər verir ki, ötən ilin dekabrında qızının dəvəti ilə çay içərkən qəfildən nəfəsi tutulub. Mətbəxə qaçan kişi huşunu itirərək yerə yıxılıb və başını radiatora vurub.
Xəstəxanada aparılan müayinələr və biopsiya nəticəsində ona orofaringeal karsinoma – boğaz xərçəngi diaqnozu qoyulub. Hazırda ailəsi onun müalicəsi üçün vəsait toplayır.