Mirzoyan: Sülh sazişinin imzalanma yerini müzakirə etməyə hazırıq

“Ermənistan Azərbaycanla sülh sazişinin imzalanma yeri və tarixini müəyyən etmək üçün müzakirələrə başlamağa hazırdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının xarici siyasət qurumunun rəhbəri Kaya Kallasla keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan konstruktivdir. Biz sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı Azərbaycanla danışıqlara başlamağa hazırıq”, - erməni nazir iddia edib.