Moskvadakı erməni milyarder Paşinyana rəqib olacaq
12:47 28.03.2021
Dünya
448
"Hər bir Ermənistan vətəndaşı növbədənkənar seçkilər günü ölkədə olmalı və səsini verməlidir. Şəxsən mən özüm qarşıdakı seçkilərdə aktiv iştirak edəcəyəm".
Sherg.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu "MosArmİnfo"ya müsahibəsində Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan deyib.
"Bu gün vəziyyət, həqiqətən, son dərəcə çətindir. Hər bir Ermənistan vətəndaşı ölkədə olmalı, səsini verməlidir. İndi biz uçurumun kənarındayıq. Mən Ermənistana gedəcək və növbədənkənar seçkilərdə aktiv iştirak edəcəyəm. Mən özümü günahkar sayıram, çünki mübarizə aparmadım, soruşmadım ki, o kimdir, haradan gəlib?", - deyə erməni milyarder bildirib.
Onun sözlərinə görə, Ermənistanda seçkilər üçün öz proqramını açıqlayacaq:
"Tezliklə hansı siyasi qüvvə ilə seçkilərə qatılacağımı açıqlayacağam. Hansı proqramla, kimlərlə razılaşdığımı, hansı komanda ilə qatılacağımı deyəcəyəm".
Abramyan erməni diasporuna müraciət edərək onları da səsvermədə iştirak etməyə və birləşməyə çağırıb. O, Ermənistanın indi olduqca acınacaqlı vəziyyətdə olduğunu, belə vəziyyətdə seçkilərin keçirilməsinin yersiz olduğunu deyib:
"Paşinyanın seçkilərdə iştirak etmək üçün mənəvi haqqı yoxdur, əminəm ki, o heç bir səs də qazana bilməz, çünki bizim xalq müdrikdir. Sadəcə olaraq xalqa situasiyanı düzgün izah etmək lazımdır. Xalq düşünməlidir ki, səsini kimə və niyə verir. O deyirdi ki, xalqını sevir, bəs nə oldu? Xalqını, vətənini sevən adam onu heç vaxt ağ-qaraya bölməz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya