Moskvaya siqnal: “Donbas məsələsində ABŞ və Ukrayna yekdildir”
Fidan Həmişəyeva
11:47 14.04.2021
Dünya
632
ABŞ Dövlət katibi Entoni Blinken Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Bu barədə D. Kuleba "Twitter"də bildirib:
“Rusiyanın müharibə ritorikasını artırdığı və hərbçilərini sərhəddə cəmləşdirdiyi bir zamanda Brüsseldə amerikalı həmkarım ilə görüşmək çox yaxşı oldu”.
XİN başçısı qeyd edib ki, hər hansı bir yeni hərbi macəranın bədəli çox yüksək olacaq.
“Moskvanı gərginləşmə yaratmaqdan çəkindirməliyik”.
Məlum görüş barədə “Sherg.az”a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Donbasda artan gərginlik təkcə Ukraynanın problemi deyil. Artıq məsələ geosiyasi toqquşma müstəvisinə gəlib çıxır. Onun sözlərinə görə, xüsusilə ABŞ və Rusiyanın bu mövzuda baş-başa gəlmə təhlükəsi var:
“Rusiya Ukraynanın Donbası nəzarətinə alması və separatçılara qarşı hərbi əməliyyatları özünə qarşı təhdid hesab edir. Çünki Donbasın Rusiya nəzarətindən çıxması beynəlxalq müstəvidə Rusiyanın ABŞ qarşısında zəifləməsinə gətirib çıxara bilər. Məsələyə bu konteksdən yanaşdıqda ABŞ və Rusiya gərginliyini təkcə iki dövlətin gərginliyi kimi xarakterizə etmək olar.
Əlbəttə, Ukraynanın separatçılara qarşı mübarizə aparıb ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa əsaslanır. Rusiyanın bu prosesdə Ukraynaya təzyiqi və rəsmi Kiyev sərhədlərinə hərbi bazalarını gətirməsi birbaşa Ukraynanın təhlükəsizliyini təhdid edir”.
M.Əsədullazadə qeyd edib ki, ABŞ və NATO Ukraynanı dəstəkləyir:
“Amerikanın hərbi qüvvələrini Ukrayna ətrafına cəmləşdirməsi bir növ Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin qarşısını almağa hesablanıb.
Ukrayna XİN başçısının ABŞ dövlət katibi ilə görüşü Donbas ətrafında Rusiyanın Ukrayna sərhədlərinə yığdığı hərbi qüvvələrin müzakirəsidir. Artıq ABŞ Ukraynaya sarsılmaz və qətiyyətli şəkildə yardım göstərəcəyini dedi. Təbii ki, bu da Moskavanı narahat edir.
Həqiqətən də Ukrayna Donbasda separatçılara qarşı hərbi əməliyyatlara başlasa və Rusiya prosesə müdaxilə etməsə, Amerika və NATO Kiyevə tam dəstək olacaq.
Bu görüş də Amerika və Ukrayna arasında müəyyən məsələlərin koordinasiyası, məsləhətləşmələr və Moskvaya mesaj verməkdir. Yəni, Amerika və Ukrayna bu məsələdə yekdildir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual