Myanmada toqquşmalarda ölənlərin sayı 90-a çatıb - YENİLƏNİB
16:04 27.03.2021
Dünya
484
Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşma nəticəsində ölənlərin sayı 89-a çatıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə Siyasi Məhbuslara Yardım Assosiasiyası məlumat yayıb.
Öldürülənlər arasında uşaqların da olduğu bildirilir.
Yerli "Myanmar Now" xəbər portalı öldürülənlərin sayının 90-dan çox olduğunu bildirib.
ABŞ-ın Myanmanın Yanqon şəhərindəki mədəniyyət mərkəzinə də atəş açılıb. ABŞ səfirliyi xəsarət alanların olmadığını bildirib.
ABŞ, Britaniya və Aİ rəsmiləri Myanmada baş verənləri qınayıb.
***
13.46
Myanmada nümayişçilər və təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlər var.
APA-nın "Myanmar Now" portalına istinadən verdiyi xəbərə görə, Myanmanın bir neçə şəhərində hökumət əleyhinə nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda 50-dən çox insan ölüb.
Xəbər portalı bildirib ki, bir gün öncə ölkədə hərbi çevriliş edərək hakimiyyətə gələn qüvvələr nəzarət etdikləri KİV vasitəsi ilə etiraz aksiyalarında iştirak edənlərə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunub ki, nümayişlərdə iştirak edən şəxslər "təsadüfən" başlarından güllə yarası ala bilər.
"Səhərin erkən saatlarından başlayaraq gün ərzində 50-dən çox adam nümayişlərdə həlak olub. Yanqon, Baqo, Mandalay şəhərlərində və bu şəhərlərə bitişik bölgələrdə ölüm hadisələri qeydə alınıb", portal yazıb.
Bu gün ölkədə Silahlı Qüvvələr Günü qeyd olunur.
Xatırladaq ki, fevralın 1-də Myanmada hərbi çevriliş olub. Myanma prezidenti Vin Myin və ölkənin hakim "Demokratiya Uğrunda Milli Liqası" partiyasının rəhbəri Aun San Su Çji saxlanılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya