Narışkin: “ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”
Narışkin: “ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”
Yusif Nəzərli
09:38 13.02.2023
Dünya
504
“ABŞ Rusiyada və MDB ölkələrində terror aktları hazırlayır”.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan edib.
Onun sözlərinə görə, yanvar ayında ABŞ Rusiya və MDB ölkələrində terror aktları üçün İŞİD və “Əl-Qaidə” ilə əlaqəsi olan 60 terrorçu seçib, onların Rusiyanın Şimali Qafqaz regionundan, həmçinin Mərkəzi Asiya ölkələrindən cəlb olunmasına xüsusi diqqət yetirilib.
“ABŞ diplomatlara, dövlət qulluqçularına, təhlükəsizlik işçilərinə və hərbçilərə qarşı terror aktları həyata keçirmək üçün Rusiya Federasiyası və MDB ölkələrinə yaraqlıları göndərməyi planlaşdırır”, - deyə Rusiyanın baş kəşfiyyatçısı bildirib.
Məlumata görə, terrorçulara Suriyadakı Ət-Tanf bazasında təlim keçilir.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, ABŞ yaraqlıları kiçik qruplar halında Rusiya Federasiyası və MDB-də buraxmağı planlaşdırır.
O, ABŞ təhlükəsizlik qurumlarında mənəvi prinsiplərin tamamilə itirildiyini deyib.
“Bu cür hərəkətləri ilə Vaşinqton özünü ən böyük beynəlxalq terror təşkilatları ilə bərabər tutur”, - deyə Narışkin vurğulayıb.
Bundan əvvəl bildirilmişdi ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Stavropolda dəmiryol vağzalında terror aktı törətməyi planlaşdıran 4 terrorçunu məhv ediblər.
Mənbə: news.rambler.ru
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol