NATO qırıcı təyyarələri Latviya səmasında pilotsuz təyyarəni ələ keçirib.
Teleqraf xəbər verir ki, bu barədə alyansın açıqlamasında qeyd olunub.
"NATO qırıcı təyyarələri Latviya səmasında naməlum pilotsuz təyyarəni ələ keçirib", - deyə bildirilib.
Latviya Silahlı Qüvvələri əvvəllər naməlum pilotsuz təyyarənin ələ keçirildiyini bəyan etmişdi. Ölkənin şərqindəki dörd bələdiyyədə təxminən 30 dəqiqə davam edən hava hücumu xəbərdarlığı edilib.