NATO-nun Baş Qərargah rəisləri Praqada görüşəcək
05:19 14.09.2024
Dünya
413
Bu gün Praqada NATO Hərbi Komitəsinin Baş Qərargah rəisləri səviyyəsində iclas keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə təşkilatın Brüsseldəki qərargahının mətbuat xidməti məlumat yayıb.
NATO sərkərdələri alyansda hərbi-strateji inkişafı müzakirə edəcəklər. Görüşün açılışında Çexiya Prezidenti Petr Pavel də iştirak edəcək. Birinci sessiyada görüş iştirakçıları NATO ölkələrinin dövlət və hökumət başçılarının 2024-cü ilin iyulunda Vaşinqtonda keçirilən sammitdə qəbul etdikləri qərarların icrasını nəzərdən keçirəcəklər.
İkinci iclasda NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Kristofer Kavoli Baş Qərargah rəislərinə çəkindirmə və müdafiə planlarının icrası barədə məlumat verəcək.
Bu sessiyada NATO-nun Ukrayna üçün təhlükəsizlik və təlim Komandanlığının (NSATU) yaradılması müzakirə ediləcək. Üçüncü iclasda NATO-nun transformasiya üzrə Ali Baş Komandanı general Filip Lavin alyansın Müdafiə planlaşdırma prosesinə (NDPP) uyğun olaraq qurumun döyüş əməliyyatlarının aparılmasının transformasiyası barədə məlumat verəcək. Digər mövzular arasında Baş Qərargah rəisləri NATO-Ukrayna birgə analiz, təlim və Təhsil Mərkəzinin (JATEC) işə başlamasını müzakirə edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya