Netanyahu bu tarixdə ABŞ-a səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin dəftərxanası məlumat yayıb.

Məlumata görə, B.Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüşəcək.