Oman ABŞ və İranı atəşkəsi uzatmağa çağırdı

Omanın xarici işlər naziri ABŞ və İran arasında elan olunmuş atəşkəsin uzadılmasını və danışıqların davam etdirilməsini vacib hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial şəbəkə hesabında paylaşım edib.

ABŞ və İranı iki həftəlik atəşkəsi uzatmağa və danışıqları davam etdirməyə çağırıb.

Nazir qeyd edib ki, uğur əldə etmək üçün tərəflərin müəyyən çətin və ağrılı güzəştlərə getməsi qaçılmaz ola bilər. Onun sözlərinə görə, bu cür addımlar müharibə və uğursuzluğun gətirəcəyi daha böyük itkilərlə müqayisədə daha məqbul seçimdir.