Orban: Mövcud dünya nizamı çöküb

Dünya səmərəsiz qaydalara əsaslanan nizamdan imtina etməlidir.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban İsveçrənin "Die Weltwoche" jurnalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, yeganə alternativ ABŞ Prezidenti Donald Trampın təklif etdiyi yeni razılaşmaya əsaslanan nizamdır .

"Qaydalara əsaslanan nizam uğursuzluğa düçar olub. Xüsusilə, Qərb yarımkürəsində bəşəriyyətin heç bir fundamental problemini həll edə bilməyib. Buna görə də, ona yapışmağın mənası yoxdur", - deyə siyasətçi bildirib.