Macarıstanın baş naziri Viktor Orbán parlament seçkilərinin ilkin nəticələrini partiyası üçün “ağrılı” adlandırıb.
Sherg.az xəbər verir ki ,səslərin 72%-dən çoxu sayıldıqdan sonra müxalif Tisza Partiyası 199 yerlik parlamentdə 138 mandat qazanır. Orbanın rəhbərlik etdiyi Fidesz – Xristian Demokrat Xalq Partiyası alyansı isə 54 yer əldə edib.
Orban artıq qalib tərəfi təbrik edib və bildirib ki, partiyası müxalifətdə olsa da ölkəyə xidmət etməyə davam edəcək.
Seçkilərdə iştirak yüksək olub - seçicilərin təxminən 77,8%-i səs verib ki, bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Müxalifətin lideri Peter Maqyar daha çox Avropa İttifaqı və NATO ilə yaxın əməkdaşlığı dəstəkləyir.
Seçkilər fonunda Macarıstanın Avropa İttifaqı ilə münasibətləri və Ukraynaya dəstək məsələsi əsas müzakirə mövzularından biri olub.