Pakistan vasitəçiliyə davam edəcək - XİN

Pakistan yenə də ABŞ-İran dialoqunda vasitəçilik etməyə davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

"Ümid edirik ki, hər iki tərəf davamlı sülhə nail olmaq üçün müsbət hərəkət etməyə davam edəcək. Bütün tərəflərin atəşkəs öhdəliklərini yerinə yetirməsi vacibdir", - açıqlamada vurğulanıb.

Qeyd edək ki, İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Görüşdə ABŞ və İran nümayəndə heyəti yekun razılığa gələ bilməyib.