ABŞ-İran danışıqları yaxın günlərdə İslamabadda baş tuta bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bunu Pakistan xarici işlər naziri İshaq Dar Misir, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə məsləhətləşmələrdən sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Pakistan yaxın günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həlli üçün iki tərəf arasında mənalı danışıqlara ev sahibliyi etməkdən şərəf duyacaq.
"Pakistan həm İranın, həm də ABŞ-nin danışıqların asanlaşdırılması üçün Pakistana etimad göstərməsindən çox məmnundur", - Dar vurğulayıb.