
Papikyanın səfəri Amerikanın Ermənistana hərbi dəstəyini artırmağa hesablanıb -ANALİZ
10:36 03.12.2024
Dünya
316
Ermənistanın müdafiə naziri ABŞ-a gedib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti ABŞ-a işgüzar səfərə gedib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, sözügedən məsələni bir neçə fərqli rakursdan dəyərləndirmək lazımdır:

“Ermənistan son günlər müdafiə sahəsində ciddi islahatların olacağı ilə bağlı xəbərlər dolaşır. Bununla bağlı Nikol Paşinyanın da müəyyən fikirlər söyləmişdi. Müdafiə naziri Suren Papikyanın ABŞ-yə səfəri də onun islahatların qurbanı olmaqdan qorxduğundan xəbər verir. Belə olan halda Papikyan Amerikada Ermənistana yaxın olan insanlarla əlaqəyə keçərək Nikol Paşinyanı fikrində döndərə bilər. Digər bir məsələ isə son vaxtlar dünyada baş verən qlobal hadisələrlə bağlıdır. Ermənistan çox yaxşı anlayır ki, hazırda dünyada hərbi texnika baxımından ən inkişaf edən sənayelərdən biri Amerikada mövcuddur. Eyni zamanda Amerika ordusu fərqli bölgələrdə məğlubiyyət tərzində geriləmələr yaşasa da, hələ də dünyanın ən güclü ordusu olaraq qalır. Papikyanın səfəri Amerikanın Ermənistana hərbi dəstəyini daha da artırmaq və rəsmi İrəvanın hərbi-texniki imkanlarını genişləndirmək məqsədi də daşıyır. Çünki axır vaxtlar Ermənistan cəmiyyətində revanşist meyillərin artığını görməkdəyik. Xüsusilə də Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərdən qaçır. Bu mənada Ermənistanın yenə də uydurduğu həqiqətlərdən çıxış edərək milli maraqlarını təmin etməyə çalışacaq. Bu isə Azərbaycan və yaxud hansısa tərəfin güc yoluyla həqiqəti bərpa etməsinə səbəb ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya