Paşinyan və yandaşları üzüldü
Yusif Nəzərli
08:37 13.04.2022
Dünya
559
Ermənistanın Fransadakı seçki hesablamaları özünü doğrultmadı
Belə anlaşılır ki, erməni diasporu Fransada keçirilən seçkilərə hər hansı bir formada təsir göstərmək imkanında deyil
“Rəsmi İrəvanın Fransa prezidentliyinə namizədlər - ifrat sağçı Erik Zemmur və sağ mərkəzçi Valeri Pekresslə bağlı hesablamaları özünü doğrultmadı”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Politoloq bildirib ki, Nikol və yandaşları hər iki şəxsin prezidentliyə namizəd kimi Ermənistana səfərindən, Pekressin isə Azərbaycan ərazilərində zühurundan əldə etdiyi “qazanc”ı heç yerə xərcləyə bilməyəcəklər: “Bunu Ermənistanın növbəti “siyasi defoltu” kimi də qəbul etmək olar. Fransız xalqı Zemmur və Pekressə fransız qaldı...
Ermənistanın siyasi hakimiyyəti Emmanuel Makronun ikinci tura keçəcəyinə ümid bəsləməyib. Çox güman ki, ikinci turda Mari Le Pen, yaxud Erik Zemmurla Valeri Pekressin yarışacağını düşünüblər. Zemmurun səfərinin təşkili isə çox güman ki, ifrat sağçıların rəğbətinin qazanılmasına xidmət edib. Digər tərəfdən, Mari Le Penin ikinci tura keçəcəyi təqdirdə Erik Zemmurun onu dəstəkləyəcəyi gözlənilən idi. Çünki Le Pen seçkilərdə məğlub olacağı təqdirdə siyasətdən gedəcəyini bəyan edib. Bu halda Zemmurun onun elektoratına sahiblənə biləcəyi ehtimalı kifayət qədər yüksəkdir. Bu ehtimalı təsdiqləyə biləcək məqamlardan biri də Erik Zemmurun öz partiyasını elan etdikdən sonra bir neçə ay ərzində 100 mindən artıq şəxsin Mari Le Pendən üz döndərmələridir. Ola bilsin ki, bu faktın özü Nikol Paşinyan və ətrafının Erik Zemmura “qarmaq atmasına” zəmin yaradıb”.
E.Mirzəbəyli vurğulayıb ki, Valeri Pekresslə bağlı məsələdə ermənilərin ciddi yanlışlığa yol verdikləri göz önündədir:
“Ətrafında bu qədər ajiotaj yaradılan namizəd cəmi 5 faiz səs toplayıb və Makronun arxasınca sürünməkdən başqa seçimi qalmayıb. İkinci turda Pekressin dəstəyinin Emmanuel Makron üçün, mahiyyət etibarilə heç bir əhəmiyyəti yoxdur.
Çünki ifrat sağçılara qarşı olan hər kəs, xüsusilə də solçular istisnasız olaraq, mərkəzçi Emmanuel Makrona səs verəcəklər. Bununla yanaşı, Ermənistan siyasi hakimiyyətinin seçimi və Fransada keçirilən seçkilərin nəticəsi çox vacib bir məqama nəzər salmağı zəruri edir.
Belə anlaşılır ki, erməni diasporu Fransada keçirilən seçkilərə hər hansı bir formada təsir göstərmək imkanında deyil. Yaxud Ermənistanın mövqeyi, eləcə də “Qarabağ” mövzusu Fransa erməniləri üçün əhəmiyyətini itirib.
Hər halda Fransa prezidentinin son davranışları da Makronun “erməni məsələsi”nə məsafəli yanaşa biləcəyi ehtimalını yaradır. Bütün hallarda aprelin 24-nü gözləyək. Seçkilərin ikinci turu “qondarma” soyqırımı gününə təsadüf edir. Bununla bağlı ritorikanın olacağı gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət