Paşinyan xahiş etdi: Putini həbs etməmək üçün...
07:53 29.11.2024
Dünya
529
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Aİİ sammitinin quruma hazırda sədrlik edən rəsmi İrəvanın xahişi ilə 25 dekabrda Sankt-Peterburqda keçiriləcəyini elan etdi. Bunun ardınca isə Ermənistan XİN Uşakovu təkzib edərək, Ermənistanın belə bir xahişdə bulunmadığını, Aİİ-nin mövcud qaydalarına görə, sədrlik edən üzv dövlətin ərazisində Aİİ iclasının keçirilməsinin məcburi olmadığını, 8 may 2024-cü il tarixində Moskva şəhərində keçirilmiş Aİİ iclası zamanı üzv ölkələrin rəhbərləri tərəfindən cari ilin dekabr ayında növbəti iclasın Sankt-Peterburqda keçirilməsinin qərara alındığını bildirib.
Axar.az xəbər verir ki, “Hraparak” nəşri bununla bağlı əldə etdiyi məlumatı paylaşıb.
Nəşr yazıb ki, Aİİ sessiyasının Sankt-Peterburqda keçirilməsini şəxsən Baş nazir Nikol Paşinyan xahiş edib. Səbəb isə odur ki, Ermənistan BCM-in Roma Statutuna qoşulub və buna görə də 17 mart 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putin haqda çıxardığı həbs qərarını icra etməlidir. Başqa sözlə, Aİİ sammiti İrəvanda keçiriləcəyi halda Putin Ermənistana səfər etməliydi. Bu zaman Putini həbs etməyə cəsarət etməyən rəsmi İrəvan ratifikasiya etdiyi Roma Statusunun tələblərini pozmuş olacaqdı. Bu mənzərədən qaçmaq üçün Paşinyan sammitin Peterburqda keçirilməsini xahiş edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya