Çin ABŞ-yə İrana silah tədarük etmək niyyətində olmadığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ-İsrail əməliyyatı ilə bağlı keçirdiyi mətbuat brifinqində bildirib.
Pentaqon rəhbəri Pekinin Tehrana silah tədarük edəcəyi təqdirdə Vaşinqtonun hansı tədbirlər görəcəyi ilə bağlı suala belə cavab verib: "Prezidenti Donald Trampın Prezident Si birbaşa və güclü münasibətləri var. Onlar bu barədə əlaqə saxlayıblar. Çin bizə bunun əslində baş verməyəcəyinə zəmanət verib".
Bundan əlavə, Heqset İsrailin Baş naziri Binyamin Netanyahunun İrandan uran zənginləşdirməsini tamamilə dayandırmaq tələbini Ağ Evə qoyduğunu qəti şəkildə təkzib edib: "Prezident Tramp maraqlarımızın qorunması və tərəfdaşlarla qarşılıqlı əlaqə barədə qərarlarını özü verir".