Peruda tapılan mumiya ölkəni silkələyib
Yusif Nəzərli
07:32 02.03.2023
Dünya
405
Tarixi minillərə dayanan mumiyanı oğurlayan kuryer onun dindar bir qıza məxsus olduğunu düşünürmüş. Tədqiqat zamanı isə məlum olub ki, kuryer əbəs yerə zəhmət çəkib. Mumiya heç də onun düşündüyü kimi dindar qıza deyil, orta yaşlı kişiyə məxsusdur. Bu barədə “Milliyet.com” "BBC Türkcə"yə istinadən məlumat yayıb. Mumiyanın ən az 600 il yaşı olduğu bildirilir. Mumiya Peruda arxeoloji qazıntı aparılan ərazidən oğurlanıb. Polis şübhəlini yaxalamaq üçün əməliyyat keçirib. Əməliyyatla yaxalanan oğrunun kuryer olduğu aydınlaşıb. Bu şəxs qazıntı aparılan yerə gəlib, sərxoş vəziyyətdə oğurluq edib. Oğurladığı mumiyanı soyuducu qutunun içində gizlədib. Polisə yaxalanan kuryer oğurladğı mumiyanın bir qıza aid olduğunu, üstəlik də “qız”ın dindar birisi olduğundan onu evinə gətirdiyini deyib. Dostlarının yanında öyünmək üçün qutudakı qızın sevgilisi olduğunu söyləyəcəkmiş. Bunun üçün də qutunu yanında daşımaq istəyib. Kuryer mumiyaya “Juanita” adını verib. Saxlanılan şəxs hətta mumiyanın ilk sahibinin atası olduğuna da polisləri inandırmağa çalışıb. Mütəxəssislər isə adamı sakitləşdirmək üçün tapılan mumiyanın bir qıza deyil, orta yaşlı bir kişiyə aid olduğunu söyləyiblər. Mumiyanın boyu 1,51 metrdir. Ölmüş adam ispaniyalıların Cənubi Amerikaya köçündən əvvəlki dönəmlərdə mövcud olan qaydalara əsasən tənziflə sarınaraq mumiyalanıb. Məlumdur ki, Peruda yerli əhali ölüləri mumiyalayırmış. Bəzi mumiyalar dəfn edilir, bəziləri isə festivallarda küçə-küçə gəzdirilib. Polis tapılan mumiyanı Mədəniyyət Nazirliyinə təhvil verib. Oğurluqda iştirak edən kuryer və dostu isə nəzarət altına alınıb. Onlar Perunun mədəni irsinə qarşı cinayət əməli törətməkdə təqsirləndirilirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət