Peskovdan maraqlı açıqlama: “Macarıstan seçkiləri Ukrayna müharibəsinə təsir etmir”

Kreml Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Macarıstan xalqı öz seçimini edib və Rusiya buna hörmət edir”, - deyə RBK xəbər verir.

Sherg.az-ın məlumatına görə, Peskov qeyd edib ki, Moskva Macarıstanın yeni rəhbərliyi ilə praqmatik münasibətləri davam etdirməyə ümid edir. O, həmçinin Rusiyanın Avropadakı digər ölkələrlə də yaxşı əlaqələr qurmaqda maraqlı olduğunu vurğulayıb.

“Yeni rəhbərliyin hansı addımlar atacağını görmək üçün gözləmək lazımdır. Biz Macarıstanla, eləcə də Avropanın digər ölkələri ilə konstruktiv münasibətlər qurmaqda maraqlıyıq”, – deyə o bildirib.

Peskov “Drujba” neft kəmərinin gələcəyi ilə bağlı sualı cavablandıraraq bunun Macarıstan və digər Avropa ölkələrinə aid məsələ olduğunu qeyd edib.

O əlavə edib ki, Rusiya enerji resurslarının ən etibarlı təchizatçılarından biri olaraq qalır və bu rolun əhəmiyyətini azaltmaq mümkün deyil.

Eyni zamanda Kreml Ukraynanın “Drujba” boru xətti ilə bağlı mövqeyini tənqid edərək, Moskvanın bunu şantaj kimi qiymətləndirdiyini bildirib.

Peskov Macarıstan seçkilərinin nəticələrinin Rusiya-Ukrayna münaqişəsinin gedişatına birbaşa təsir etmədiyini də vurğulayıb və bunların ayrı proseslər olduğunu qeyd edib.

Xatırladaq ki, 12 aprel keçirilən seçkilərdə müxalif “Tizsa” partiyası parlamentdə çoxluq qazanaraq 138 mandat əldə edib. Orban məğlubiyyəti qəbul edib və siyasi mübarizəni davam etdirəcəyini bildirib.