İran qonşu və müsəlman ölkələri ilə əlaqələrini gücləndirir.
Sherg.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian BRİKS sammiti çərçivəsində Malayziyanın Baş naziri Ənvər İbrahimlə görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, İran müsəlman və qonşu ölkələrlə əlaqələrini “gücləndirir və rasional şəkildə inkişaf etdirir”.
İran prezidenti həmçinin vurğulayıb ki, Yaxın Şərqin təhlükəsizliyini yalnız region ölkələri təmin etməlidir.