Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün ölkənin yeni hərbi strategiyasını təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yeni strategiyaya əsasən, yüksək rütbəli hərbçilərin qoşunların sayını əhəmiyyətli dərəcədə artırmaq çağırışlarına baxmayaraq, Almaniyanın fəaliyyətdə olan ordusu 260 min nəfəri keçməyəcək.
Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, ordunun ümumi sayı 460 min nəfər olmalıdır, onlardan da 200 mini ehtiyatda olanlardır.
"Aydındır ki, avtomatlaşdırma və süni intellekt bizim planlaşdırmamıza, bizə nə qədər və hansı ixtisaslara malik qoşunun lazım olacağına təsir etməyə davam edəcək. Məqsədimiz Avropanın ən güclü ənənəvi ordusu olmaqdır", - o qeyd edib.