Podolyak Ukraynanın Rusiyaya qarşı hansı ərazilərə zərbə endirə biləcəyini açıqlayıb
07:18 19.02.2023
Dünya
407
“Ukraynanın rəsmi mövqeyi belədir ki, biz Rusiya ərazisinə zərbələr endirmirik. Ukrayna 1991-ci ildə beynəlxalq birlik tərəfindən Ukrayna ərazisi kimi tanınan Donbas, Krım daxil olmaqla, işğal altındakı ərazilərdəki işğalçı qüvvələrə zərbələr endirir”.
Bunu ”Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixayilo Podolyak bildirib.
“Həmin ərazilərdə işğalçı qüvvələrə aid olan hər şeyi məhv etmək hüququna malikik. Bu gün beynəlxalq birlik, demokratik ölkələr birmənalı şəkildə bildirirlər ki, Ukrayna BMT nizamnaməsinin 51-ci maddəsinə, beynəlxalq hüquqa əsasən, hüququ baxımdan qüsursuz hərəkət edir. Rusiya ərazisinə zərbələrə gəlincə, bununla bağlı fərqli fikir səsləndirmişdim. Bu müharibənin, münaqişənin gələcək inkişafı nəticəsində Rusiya uduzaraq beynəlxalq birlik tərəfindən tanınmış 1991-ci ildəki sərhədlərinə doğru geri çəkiləcək. Nəticədə Rusiyada daxili münaqişələr, çaxnaşmalar baş qaldırmağa başlayacaq”, - o qeyd edib.
Prezident Ofisinin rəsmisinin sözlərinə görə, bu çaxnaşmalar Rusiya ərazisində müharibənin baş verməsi münaqişələrə gətirib çıxaracaq:
“Məsələn, bu, siyasi elitanın hərəkətlərinə dair əhalidə yaranan narazılıqla bağlı sosial yönümlü qiyamlar, elitalar arası münaqişələr ola bilər. Bir daha vurğalamaq istəyirəm ki, bütün bunlar nəticəsində partlayışlar baş verə, müxtəlif ərazilərə zərbələr endirilə bilər. Yəni bu, Ukrayna ilə bağlı olmayacaq. Bu, hərbi vertikalların zəifləməsi və siyasi deyil, sosial, iqtisadi etirazlar nəticəsində Rusiya dövlət idarəçilik sisteminin dağılması ilə əlaqədar olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi