Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün danışıqların keçirilməsi üçün əsas məkan kimi Türkiyəni nəzərdən keçirir.
Sherg.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Məlumata görə, Kiyev uzun müddət ABŞ-ı münaqişənin həllində daha fəal rol almağa təşviq etsə də, indi Vaşinqtonun birbaşa iştirakı olmadan alternativ ssenariləri qiymətləndirir.
Eyni zamanda, Ukrayna hakimiyyəti ABŞ-dan gələcək dəstəyə daha ehtiyatla yanaşır və növbəti danışıqlar mərhələsi üçün Türkiyəni mümkün platforma hesab edir.
Aprelin 29-da Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidenti Donald Trump arasında telefon danışığı baş tutub. Tərəflər İran və Ukrayna münaqişələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Putin, həmçinin, İkinci Dünya müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə Ukrayna ilə döyüş əməliyyatlarında müvəqqəti atəşkəs elan etməyə hazır olduqlarını bildirib.