
Politoloq: Rusiya tez bir zamanda qələbə çalmaq üçün silahlanmanı artırmağa çalışır
08:21 24.09.2024
Dünya
432
Rusiya hakimiyyəti Ukraynadakı müharibənin xərclərini ödəmək üçün büdcədən orduya ayrılan xərcləri kəskin şəkildə artırmaq istəyir. Bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə federal xəzinədarlıq "milli müdafiə" başlığı altında rekord məbləğdə - 13,2 trilyon rubl və ya 142 milyard dollar xərcləyəcək. Belə ki, 2024-cü illə müqayisədə (10,8 trilyon rubl) hərbi xərclər 22%, 2023-cü illə müqayisədə (6,8 trilyon rubl) iki dəfə, müharibədən əvvəlki 2021-ci illə müqayisədə (3,5 trilyon) isə təxminən 4 dəfə artacaq.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Rusiya təkcə Ukrayna ilə savaşdığına görə yox, həmçinin müharibə prespektivlərini daha geniş miqyaslı etmək üçün silah xərclərini artırır:

“Çünki Rusiya məsələyə gələcəkdə daha böyük qarşıdurmayla qarşılaşma ehtimalından yanaşır. Eyni zamanda Ukrayna cəbhəsində döyüşmək hazırda Rusiya üçün çətindir. Ona görə də tez bir zamanda qələbə çalmaq üçün silahlanmanı artırmağa çalışır. Digər tərəfdən Rusiya Ukrayna müharibəsinə hərbi qulluqçu cəlb etmək üçün maliyyə ödəyir. Yəni müxtəlif ölkələrdən Rusiya tərəfindən pul qarşılığında döyüşən qüvvələr var. Çünki Ukrayna müharibəsi Rusiya hərbiçilərinin peşakarlığının üst səviyyədə olmadığını göstərdi. Belə olan halda "Vaqner" şirkəti tərəfindən pullu əsgərlər orduya gətirildi. Həmçinin Ukrayna müharibədən öncə Rusiya ordusuna 300 tank verirdisə, savaşdan sonra bu 2000-i keçib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq