Portuqaliya müdafiə naziri: ABŞ-sız Avropanın müdafiə imkanları zəifləyər

Portuqaliyanın müdafiə naziri Nunu Melo Avropa İttifaqının müdafiə qabiliyyətinin ABŞ-ın iştirakı olmadan əvvəlki qədər effektiv ola bilməyəcəyini bildirib.

Sherg.az xəbər verir ki, nazirin sözlərinə görə, Avropanın təhlükəsizlik strategiyasının əsasını NATO təşkil etməlidir. O vurğulayıb ki, mövcud geosiyasi şəraitdə Şimali Atlantika Alyansına söykənən müdafiə modeli ən məntiqli yanaşmadır.

Nunu Melo həmçinin qeyd edib ki, Avropa İttifaqına üzv heç bir ölkə regional təhlükəsizlik çağırışlarına təkbaşına cavab vermək gücündə deyil. Onun fikrincə, təhlükəsizlik sahəsində əməkdaşlıq və kollektiv müdafiə mexanizmləri əvvəlkindən daha böyük əhəmiyyət daşıyır.

Portuqaliyalı nazir hesab edir ki, ABŞ-ın iştirakı Avropanın müdafiə sisteminin mühüm dayaqlarından biri olaraq qalır.