Prezident Ərdoğan Suriya Prezidenti Şara ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə görüşüb.

Sherg.az xəbər verir ki, Prezident Ərdoğan, Anadolu Agentliyinin (AA) “Qlobal Kommunikasiya Tərəfdaşı” qismində iştirak etdiyi, Belek Turizm bölgəsində yerləşən NEST Konqres Mərkəzində keçirilən Antalya Diplomatiya Forumu 2026 çərçivəsində görüşlərini davam etdirir.

Ərdoğan qaldığı oteldə Suriya Prezidenti Şara ilə bir araya gəlib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanettin Duran da iştirak ediblər.