Putin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib
17:48 22.11.2024
Dünya
476
Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin rəhbərliyi, hərbi sənaye kompleksi və raket istehsalçıları ilə görüş keçirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüşdə Putin “Oreşnik” orta mənzilli ballistik raketinin sınaqlarının uğurla keçdiyini, sınaqları davam etdirəcəklərini söyləyib.
Onun sözlərinə görə, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya Federasiyası təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraiti də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.
O, tərtibatçılara və “Oreşnik”in yaradılmasında iştirak edən bütün kollektivə təşəkkür edib, yerli raket elmi məktəbinin böyük potensialının olduğunu vurğulayıb:
"Əldə olunan nəticələr və “Oreşnik”in işlənib hazırlanma sürəti qürur və heyranlıq doğurur. “Oreşnik” raketi köhnə sistemlərin modernləşdirilməsi deyil, müasir, ən son inkişafdır. “Oreşnik” kimi sistemlər üzərində işləmək Rusiya üçün həyati əhəmiyyət kəsb edir. “Oreşnik” qrup şəklində tətbiq edildikdə strateji silahla müqayisə oluna bilər".
Putin bir daha “Oreşnik” raketi ilə mübarizə aparacaq silahın olmadığını qeyd edib: "Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı vasitə yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - deyə o əlavə edib.
Rusiya prezidenti “Oreşnik”in seriyalı istehsalı ilə bağlı qərarın verildiyini, onun Strateji Raket Qüvvələrinə veriləcəyini də açıqlayıb.
Putin deyib ki, Rusiyada “Oreşnik”ə bənzər bir neçə sistem sınaqdan keçirilir.
Rusiya lideri “Oreşnik” sisteminin yaradıcıları və layihə qurucularının dövlət mükafatlarına namizəd göstəriləcəyini də söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət