Rusiya prezidenti Vladimir Putin hərbi xidmət və səfərbərlikdən qayıdan vətəndaşların əmək hüquqlarını gücləndirən yeni qanunu imzalayıb.
Sherg.az xəbər verir ki. qanuna əsasən, mobilizasiya, hərbi vəziyyət və ya müqavilə əsasında xidmət edən şəxslər işə qayıtdıqdan sonra ştat ixtisarı zamanı iş yerlərini qorumaqda üstün hüquqa malik olacaqlar.
Sənəd həmçinin Rusiya Silahlı Qüvvələri və Milli Qvardiya ilə müqavilə bağlayan və xidmətə cəlb olunan şəxslərə də şamil edilir.