Vladimir Putin ölkədə qızıl ixracına dair yeni məhdudiyyət tətbiq edib. Qərara əsasən, Rusiyadan 100 qramdan ağır külçə qızılın çıxarılması qadağan olunub.
Sherg.az xəbər verir ki, rəsmi məlumatlara görə, şirkətlər və fiziki şəxslər bu həcmdən artıq qızılı ölkədən çıxara bilməyəcəklər. Bu addım ölkənin iqtisadi təhlükəsizliyini və qızıl ehtiyatlarını qorumaq məqsədi daşıyır.
Qeyd edək ki, Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabrında ilk dəfə 300 milyard dolları keçib, həmçinin qızılın ümumi beynəlxalq ehtiyatlardakı payı 40%-dən yuxarı olub.
Mütəxəssislərin fikrincə, bu qərar Rusiyanın qlobal maliyyə bazarlarında mövqeyini gücləndirmək və valyuta sabitliyini qorumaq üçün atılmış strateji addım kimi qiymətləndirilir.