Rusiya Prezidenti Vladimir Putin İrkutsk Aviasiya Zavoduna səfəri zamanı ilk dəfə modernləşdirilmiş Yak-130M ilə tanış olub.
Sherg.az xəbər verir ki, məlumata görə, təlim-döyüş təyyarəsi yeni bort və radiolokasiya avadanlığı ilə təchiz edilib. Modernləşdirilmiş Yak-130M-ə BRLS-130R radiolokasiya stansiyası, SOLT-130K optik-lazer istilik televiziya sistemi, "Prezident-S130" müdafiə kompleksi və KSS-130 rabitə sistemi quraşdırılıb.
Hazırda bu tipdən təxminən 110 təyyarə istismardadır. Bildirilir ki, Yak-130M gündüz və gecə saatlarında yerüstü və hava hədəflərinə, o cümlədən ağır pilotsuz uçuş aparatlarına qarşı döyüş tapşırıqlarını yerinə yetirmək imkanına malikdir.