Putinə ölümcül xəbərdarlıq: “Növbəti hücum Kreml üçün son olacaq!”

NATO Baş katibi Mark Rutte hazırkı vəziyyəti İkinci Dünya Müharibəsindən bəri ən təhlükəli mərhələ kimi qiymətləndirib. Rutte açıq şəkildə bəyan edib ki, müttəfiqlərin əsas məqsədi sülh sazişindən sonra Ukraynanın bir daha Rusiyanın yeni hücumunun qurbanına çevrilməsinə imkan verməməkdir.

Sherg.az xəbər verir ki, bu hədəfə çatmaq üçün üçpilləli önləyici mexanizm qurulur:

Birinci səviyyə – Ukrayna Silahlı Qüvvələri. Rutte vurğulayıb ki, Ukrayna ordusu artıq mümkünsüzü bacarır, lakin müharibədən sonra və ya uzunmüddətli atəşkəs dövründə də güclü qalmalıdır.

İkinci səviyyə – “İstəklilər koalisiyası”. Fransanın və Böyük Britaniyanın liderliyi ilə, Almaniya və digər ölkələrin iştirakı nəzərdə tutulur. Bu koalisiya Ukraynaya elə dəstək verməlidir ki, Kreml yeni hücum barədə düşünməyə belə cəsarət etməsin.

Üçüncü səviyyə – ABŞ. Hazırda müttəfiqlər bu üç elementi vahid sistemə bağlamaq üzərində işləyirlər. Məqsəd isə aydındır: Ukrayna artıq asan hədəf olmayacaq.

Rutte həmçinin, atəşkəsdən sonra Avropa sülhməramlılarının yerləşdirilməsini istisna etməyib. Onun sözlərinə görə, bəzi ölkələr artıq qoşun göndərməyə hazır olduqlarını bildiriblər.

“İstəklilər koalisiyası” konsepsiyası hazırda işlənir və quruda, havada, dənizdə birgə fəaliyyətləri əhatə edəcək.