Putinlə Lukaşenko görüşdü, Piterdə internet kəsildi

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiya Teleqram kanallarının məlumatına görə, Putin və Lukaşenko şəhərə gələn kimi mobil internetin fəaliyyəti tamamilə dayandırılıb.

Hazırda mobil internetdən istifadə etmək mümkün deyil.