Qazaxıstan və Ermənistan arasında müzakirə aparıldı

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf xəbər verir ki, tərəflər MDB ölkələrində atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Görüş zamanı enerji sektorundakı mövcud tendensiyaları və nüvə və günəş enerjisinin inkişaf perspektivlərini müzakirə etdik. Hər ikimiz bu sahədə əməkdaşlığı davam etdirməyə, təcrübə və məlumat mübadiləsi aparmağa hazır olduğumuzu bildirdik”, - nazir vurğulayıb.